Niyə Biz?
SAHA MMC 2018-ci ildən etibarən Azərbaycan tikinti sektorunda keyfiyyət, etibarlılıq və peşəkarlıq prinsipləri ilə fəaliyyət göstərir. Şirkətimiz beynəlxalq təcrübəyə malik Ekizler Şirketler Grubunun tərkibində olmaqla, güclü korporativ idarəetmə və yüksək texniki standartlara əsaslanır.
- SAHA MMC Azərbaycanın müxtəlif bölgələrində dövlət və özəl sektor üzrə onlarla iri miqyaslı fasad layihəsini uğurla icra etmişdir. Təqdim etdiyimiz layihələrin bir çoxu ölkə səviyyəsində strateji əhəmiyyət daşıyır və yüksək dövlət nəzarəti altında həyata keçirilmişdir
- Təhvil verdiyimiz bir sıra layihələrin açılış mərasimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Bu fakt şirkətimizin etibarlılığının və keyfiyyət standartlarının ən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
- Biz yalnız müasir fasad sistemləri və beynəlxalq standartlara uyğun materiallardan istifadə edirik. Hər bir layihə mühəndis dəqiqliyi, estetik yanaşma və uzunömürlülük prinsipi ilə icra olunur.
- Təcrübəli mühəndislər və texniki heyətimiz layihələrin planlaşdırılmasından təhvilinə qədər bütün mərhələlərdə operativ və məsuliyyətli yanaşma sərgiləyir.
- SAHA MMC üçün layihənin təhvil verilməsi son deyil — uzunmüddətli əməkdaşlığın başlanğıcıdır. Biz göstərdiyimiz xidmətlərə zəmanət verir və tərəfdaşlarımızla davamlı iş münasibətləri qururuq.