Şüşə paket iki və ya daha çox düz şüşənin bir araya gətirilərək və arasında bəlli bir boşluq saxlayaraq emal edilən, səs və istilik izolyasiyası olan germetik kameradır. İstiliyin daxili mühitdən buna nəzərən daha soyuq olan xarici muhitə keçmə özəlliyi var və bu da isitmə xərclərini artırır. Şüşə paketin arasındakı hava boşluğu normal şüşədən 50% daha az istilik buraxır. Bu xüsusiyyət qış aylarında daha isti, yayda isə daha sərin muhitin yaranmasına imkan verir.



